Amadeus First proqramının Qaydaları və Şərtləri

Amadeus First Klubu - Amadeus rezervasiya sistemindən istifadə edən, həmçinin Amadeus Content Inn, Content Rail, Amadeus Local İnsurance sistemlərindən (bundan sonra Amadeus sistemləri adlandırılacaq) istifadə edən fiziki şəxslər üçün fərdi bonus proqramıdır. Proqramda iştirak Qaydalar və Şərtlər əsasında keçirilir (bundan sonra Qaydalar və Şərtlər adlandırılacaq) və Amadeus First proqramının fəaliyyətini müəyyənləşdirir. Proqramın təşkilatçılığı Amadeus GDS MMC-ə aiddir.

1. Ümumi müddəalar

1.1. Amadeus First fərdi bonus proqramı turizm işçilərinin və həmçinin onlarla fərdi qaydada işləyən fiziki şəxslərin (bundan sonra İstifadəçi adlandırılacaq) stimullaşdırılmasını, onların bronlaşdırmaya daha effektli, fərdi və yaradıcı yanaşması məqsədi ilə yaradılıb.

1.2. Azərbaycan Respublikasının ərazisində yerləşən bütün turizm şirkətlərinin işçiləri Amadeus First proqramında iştirak edə bilər. Hüquqi şəxslər Amadeus First proqramında iştirak edə bilməz.

1.3. Amadeus İştirakçılara əvvəlcədən xəbərdarlıq etmədən proqramın dayandırılmasını və dəyişdirilməsini (qismən və ya tam) öz üzərinə götürür. Dəyişdirilmələr proqramın qaydalarına, iştirakın şərtlərinə və balların toplanması prinsiplərinə, hədiyyələrin alınmasında lazım olan balların miqdarına, balların etibarlılıq müddətinə və s. aid ola bilər. Lazımı dəyişdirilmələr bu səhifədə - http://az.amadeusfirst.com olan Qaydalar və Şərtlər bölməsində əks olunacaqdır.

Privacy Policy

Cookies Policy

2. Amadeus First proqramında iştirak etmək şərtləri

2.1. Amadeus First klubunda üzvülük http://az.amadeusfirst.com web səhifəsində qeydiyyatdan keçərək həyata keçirilir.

2.2. İstifadəçinin anket bölməsini doldurması Qaydalar və Şərtlərlə tanış olduğunu göstərir.

2.3. Doldurulmuş anketin əsasında klubun hər bir üzvünə fərdi istifadəçi nömrəsi verilir. Bu nömrə istifadəçiyə atomatik müəyyənləşdirilir və İstifadəçinin bilavasitə Azərbaycan Respublikasının ərazisində Amadeus sisteminə girişi olan bütün turizm şirkətlərində əməkdaşlığı zamanı istifadə olunur. İstifadəçiyə Fərdi istifadəçi nömrəsinin verilməsi onun Amadeus First proqramında iştirakını təsdiq edir.

2.4. Proqramda iştirakın başlanğıcı hər hansı Amadeus sistemlərində etdiyinizin bronda istifadəçi kodunuzun qeydə alınması ilə başlayır.

2.5. Proqramda iştirakın nəticəsi Azərbaycan Respublikasının ərazisində yerləşən hər hansı turizm şirtəkində çalışmağınızdan asılı olmayaraq və həmçinin bu şirkətlərin dəyişməsindən asılı olmayaraq, bir şərtlə ki, bu şirkət Amadeus sistemini qanunla işlədir, istifadəçinin şəxsi hesabında yığılır.

2.6. Proqramda iştirak fərdidir. Hər istifadəçi yalnız bir şəxsi hesaba və fərdi istifadəçi koduna malik ola bilər.

2.7. Proqramda iştirak etmək pulsuzdur.

2.8. Qeydiyyat anketi doldurulan zaman iştiakçının 18 yaşı tamam olmalıdır.

2.9. Amadeus, Qaydalar və Şərtlər istifadəçi tərəfindən pozulduqda, proqramda iştirakınızın tam dayandırılması hüququnu özündə saxlayır.

2.10. Aşağıdakılardan hər hansı biri baş verdikdə proqramda iştirakınız dayandırıla bilər:

  • Qaydalar və Şərtlər istifadəçi tərəfindən pozulduqda
  • İstifadəçi tərəfindən Amadeusa yazılı məlumat verildikdə
  • Amadeusun qərarı ilə proqramın tam va ya qismən dayandılıması zamanı


2.11. Proqramda istifadəçinin iştirakı dayandırıldıqda bütün yığılmış ballar ləğv olunur.

3. Amadeus First proqramında balların hesablanması

3.1. Proqramda ballar vahidə bərabərdir. Amadeus sistemlərində bronlaşdırılmış hər bir seqment sonradan təsdiq olunmuş ballara çevrilir. Amadeusun təqdim etdiyi diğər sistemlərdən istifadə zamanı təşkilatçı balların hesablanması qaydalarını əlavə olaraq təyin edir.

3.2. Proqramın hər bir istifadəçisinə balların hesablanması üçün avtomatik olaraq şəxsi hesab açılır. Ballar və ya hesab başqasına verilə bilməz, proqramın İstifadəçisi olmasından asılı olmayaraq başqa bir istifadəçisinin balları ilə birləşdirilə bilməz.

3.3. Amadeusun təqdim etdiyi digər sistemlərin istifadəsi zamanı ləğv olunmuş seqmentlər və ya ona bərabər ekvivalentlər ballara hesablanmır.

3.4. Passiv seqmentlərlə (PK və GK) yaradılmış bronlar Amadeus Firts proqramında iştirak etmir.

3.5. Baş vermiş səhvlər (düzgun hesablanmayan/silinməyən ballar və s.) zamanı Amadeus İstifadəçinin şəxsi hesabında düzəlişlər etməyi öhdəsinə götürür.

3.6. İstifadəçi tərəfindən müəyyən olunmuş hər hansı çatışmamazlıqlar barədə məlumatı lütfən,

first-az@amadeus.kz elektron ünvanına bildirin.


3.7. Avtomatlaşdırılmış proqramlarda istifadə olunan xüsusi referensiya və istifadəçilər tərəfindən yaradılan rezervasiyalarda ballar hesablanmır.

4. Hədiyyələr

4.1. Proqramda hesablanmış ballar iştirakçı tərəfindən http://az.amadeusfirst.com ünvanında "Hədiyyələrin siyahısı" bölməsində göstərilən miqdar və meyarlar əsasında "Amadeus First" proqramının tərəfdaşlarından olan hədiyyələrə dəyişmək üçün istifadə edə bilər.


4.2. Hədiyyələrin siyahısı və onların çatdırılması İştirakçı ilə razılaşdırılmadan təyin olunur və ya dəyişdirilir. Hədiyyələrin sayı Amadeus tərəfindən məhdudlaşdırıla bilər.


4.3. Heç bir halda hədiyyələr dəyişdirilə, geri qaytarıla və ya pul vahidi ilə əvəzlənə bilməz.


4.4. Amadeus hədiyyələr üçün tələb olunan balların sayını dəyişdirmək hüququnu özündə saxlayır.


4.5. Proqramda İştirakçı əldə etdiyi hədiyyələrin və ya sertifikatların özü və ya diğər səxslər tərəfindən istifadəsinə tam cavabdehdir.

5. Diğət şərtlər

5.1. Bu Proqramın həyata keçirilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bütün mübahisələr Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq həll edilir.


5.2. Bu bir lotereya və ya hədiyyə çəkilişi proqramı deyildir.

5.3. İştirakçı Proqramda iştirakı ilə bağlı işəgöturənlə yarana bilən hər hansı anlaşılmazlığa görə tam məsuliyyət daşıyır.

6. Proqramın müddəti

6.1. Amadeus bildiriş olmadan istənilən vaxt proqramın Qaydalarını və Şərtlərini dəyişdirmək və ya dayandırmaq hüququna malikdir. Proqrama xitam verildiyi halda, İştirakçılar tərəfindən yığılmış ballar etibarsız sayılır.