Amadeus
   |   RUS   |   AZE   |   ENG   |

Amadeus First agentlər klubu!

1. Amadeus First klubunun üzvü kim ola bilər?

Amadeus First klubunda - Amadeus rezervasiya sisteminin offline Office İD-lərində işləyən bütün agentlər üzv ola bilərlər. İnternet satış üçün olan Online Office İD-lərdə işləyən agentlər bu proqramda iştirak etmirlər.

2. Mənə bu üzvlülük nə verə bilər?

-Amadeus First klubunda qeydiyyatdan keçmək tamamilə pulsuzdur və bu Sizə heç bir öhdəlik vermir

-Amadeus sistemində etdiyiniz bütün seqmentlər ballara çevrilir və gələcəkdə Siz bu yığdığınız ballara əsasən onları hər hansı bir hədiyyəyə və ya sertifikata dəyişə bilərsiniz.

3. Klubun üzvü necə olmaq olar?

Çox asan – lütfən, üzvülük formasını doldurun

4. Qeydiyyatım barədə necə məlumat ala bilərəm?

Qeydiyyatın sonunda sistem Sizə avtomatik olaraq üzvüluk kodunuzu yollayacaq və bu kodu Siz gələcəkdə edəcəyiniz bütün bronlarda əlavə edəcəksiniz.

5. Balların hesablanma sistemi?

Amadeus sistemində etdiyiniz hər bir seqment avtomatik olaraq qeydiyyatdan keçir və Sizin Amadeus First  saytındakı şəxsi səbətinizə duşur. İlk etapda bütün seqmentlər Amadeus First interfeysində «PD» statusunda olur. Sərnişin uçuş seqmentlərindən istifadə etdiyi andan (flown) bronun statusu «OK» statusuna dəyişir. Yalnız bu zaman yəni «OK» status ilə olan seqmentlərə ballar hesablanır ki, onlarıda Siz gələcəkdə saytımızda yerləşdirilən mümkün olan hədiyyələrə və sertifikatlara dəyişə bilərsiniz.

Diqqət! Qeydiyyatdan keçdiyiniz ölkəyə məxsus Office ID-lərdə rezervasiya edərək biletləri rəsmiləşdirin! Əks halda ballar Sizin Amadeus First hesabınıza yüklənməyəcək!

Xüsusi avtomatlaşdırılmış proqramlarda istifadə olunan referensiyalar və istifadəçilər tərəfindən yaradılan rezervasiyalar (misal: Amadeus Web xidmətlərlər üçün yaradılan referensiyalar və loginlər) bu proqramda iştirak etmir.

6. Mən öz ballarımı necə yoxlaya bilərəm?

Bunun üçün Siz yalnız «Мənim ballarım» bölməsinə tıklayın

7. Əvvəllər olunmuş bronda, seqment ləğv olunarsa, bu zaman nə baş verəcək?

Bütün ləğv olunmuş seqmentlər balların hesablanmasında iştirak etmir

8. Başqa agentliyə işləməyə getdikdə mənim əvvəllər yığdığım ballar ilə nə baş verecək?

Bütün ballar Sizindir və Sizinlə qalır.

9. Balların toplanması necə baş verir?

Bronlaşdırma zamanı Amadeus First istifadəçi kodunu ümumi  remark ilə brona əlavə edirsiniz.

Format belədir:

 

RM*AMA 123456

(123456 - burada Sizin istifadəçi kodunuzdur. AMA və istifadəçi kodu arasında mütləq probel olmalıdır!)

Remarkı əlavə etdikdən sonra PNR-ı Amadeus ofisinin növbələr bankına yollamalısınız:

QE/BAK1A0980/77

Balların hesablanmasına izahat:

·         Hər AİR seqmentinin dəyəri 5 bala bərabərdir.

·         Hər HOTEL seqmentinin dəyəri 10 bala bərabərdir.

·         Hər CAR seqmentinin dəyəri 10 bala bərabərdir.

10. Content Inn – də bronlaşdırmaya görə ballar necə hesablanır?

Hər bronlaşdırılmış otaq 10 bala bərabərdir. Satış- Content Inn sistemində bron olunmuş oteldə müştərinin faktiki yaşayışıdır. Bronun ləğvi zamanı, yazılmış vauçerlər hesaba alınmır.

Diqqət! Avtomatik hesablanma prosesi aşağıdakı addımları atdıqdan sonra baş verəcəkdir:

1.    http://contentinn.com keçidinə keçin

2.    «Админ» bölməsində  «Список пользователей» seçin

3.    Özünüzü bu bölmədəki siyahıdan seçib, «Редактировать» düyməsinə tıklayın

4.    «Контактная информация» sətrində «Amadeus First» hissəsində Amadeus First istifadəçi kodunuzu qeyd edib, «Сохранить» düyməsinə tıklayın.

11. Amadeus Local Insurance proqramında kəsilmiş sığorta polislərinə görə ballar necə hesablanır?

Hər kəsilmiş sığorta polisi 5 bala bərabərdir. Satış – Amadeus Local Insurance –də kəsilmiş sığorta polislərinin müqavilə müddətinin başlanğıcı müddətidir. Zədələnmiş və geri qaytarılmış sığorta polisləri hasaba alınmır.

Balların hesaba alınması üçün Amadeus First istifadəçi kodunu sığorta polisi nömrəsi ilə birgə “istifadəçi ” sətrində mütləq qeyd edin.

Amadeus Local Insurance-də yığılmış ballar haqqında məlumat 24 saat ərzində bir dəfə yenilənəcək.

12. Content Rail – də bronlaşdırmaya görə ballar necə hesablanır?

Hər bir seqment 5 bala bərabərdir. Qaytarılmış biletlərdə ballar hesablanmır.

Amadeus First-də Content Rail bronunun ilkin vəziyyəti PD olacaqdır və yalnız sərnişin biletdən istifadə edildiyi gün, sifariş ləğv edilmədiyi halda, OK statusuna dəyişəcəkdir.

Diqqət! Siz istifadəçi kodunuzu Content Rail sistemində «Amadeus First» bölməsində daxil etdiyiniz andan avtomatik hesablanma prosesi başlayacaqdır!

Diqqət! Qazaxıstan və Gürcüstan Dəmir Yollarının biletləri balların toplanmasında iştirak etmir!

Əğər Siz, Amadeus First klubunun istifadəçi kodunu yaddan çıxardıb və ya itirmisinizsə first-az@amadeus.kz elektron poçt qutusuna və ya aşağıdakı telefon nömrələrinə müraciət edə bilərsiniz: +99412 4904538; +99412 4904338